Paşinyanın müavini "Tramp marşrutu" üçün növbədənkənar delimitasiyanın mümkünlüyündən danışıb...
Vaşinqton Bəyannaməsinin imzalanmasından sonra "Tramp marşrutu" üçün infrastrukturun yerləşdirilməsi ilə bağlı müzakirələr daha konkretləşib.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Mqer Qriqoryan parlamentdə sual-cavab sessiyası zamanı bildirib.
Ermənistan Baş nazirinin müavini deyib ki, Syünikdə “Tramp marşrutu”nun irəliləməsi üçün növbədənkənar delimitasiya mümkündür.
O qeyd edib ki, bununla belə, nəticədən asılı olmayaraq, ümumi delimitasiya prosesi davam edəcək.
Poliqon.info