Vaşinqton Bəyannaməsinin imzalanmasından sonra “Tramp marşrutu” üçün infrastrukturun yerləşdirilməsi ilə bağlı müzakirələr daha konkretləşib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Mqer Qriqoryan parlamentdə sual-cavab sessiyası zamanı bildirib.
Ermənistan Baş nazirinin müavini deyib ki, Syünikdə “Tramp marşrutu”nun irəliləməsi üçün növbədənkənar delimitasiya mümkündür.
O qeyd edib ki, bununla belə, nəticədən asılı olmayaraq, ümumi delimitasiya prosesi davam edəcək.