İslandiya millisi DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində sabah yığmamızın qonağı olacaq.
"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Arnar Qunnlauqsson oyundan keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk oyundan bəri Azərbaycan millisində hansı fərqləri görürsüz?
- Rəqib eyni sistemdə olsa da, daha istəkli, strukturlu və təşkilatlanmış komandadı. Müdafiə xəttində, keçidlərdə, topa sahib olmaqda xeyli irəliləyib. Deyirlər ki, İslandiyadakı görüşdə Azərbaycan millisi pis çıxış etdi. Amma mən belə düşünmürəm. Məncə, sadəcə komandam çox yaxşı oynadı. Sabah yeni oyunçularımız olacaq. Onlar da özlərini göstərməyə çalışacaq. Bu komandayla növbəti Avropa çempionatı heyətinin əsasını formalaşdırmaq istəyirik.
- Azərbaycan millisinin heyətində kimi fərqləndirərdiz?
- Hər millidə yaxşı futbolçular olur. Kimdən daha çox ehtiyatlanıram? Bunu deməyəcəm. Rəqibin heyətində dinamik oyunçular var. Ukraynanın qapısına vurduğunuz qolu qeyd edə bilərəm. Yeni baş məşqçinin müəyyən təsiri hiss olunur.
- Azərbaycan yığmasına 5:0 qalib gəldiz və Fernando Santuşu istefaya göndərdiz. Bu baxımdan yeganə məşqçi Santuşdu, yoxsa başqa bu cür hal da olub?
- İlk deyil. Keçmiş klubumda 4-5 dəfə belə təcrübəm olub. Uuzanda kimsə məsuliyyət daşımalıdı. Belədə baş məşqçi qovulur.
- Azərbaycan - İslandiya matçının favoriti hansı komandadı?
- Futbol piramidasına baxsaq, favoritik. Ancaq futbol yeganə oyundu ki, favorit olmayan komanda da qalib gələ bilər. Biz Fransaya qarşı oynayanda favorit rəqib idi. Amma həmin matçda müsbət nəticə qazana bilərdik. Futbolda rəqibə hörmətlə yanaşmalısan. Qısası, sabah ən yaxşı oyunumuzu göstərməliyik.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta