AZ

“Rusiya bir neçə ölkəyə birdən hücum edəcək” – Saakaşvili

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı işğalını başa çatdırmazdan əvvəl növbəti müharibəyə başlaya bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Dojd” telekanalına yazılı müsahibəsində deyib.

“Mən hələ 2014-cü ildə Brüssel Təhlükəsizlik Forumunda demişdim ki, Rusiya Ukrayna ilə yanaşı Baltik ölkələrinə də hücum edəcək. O vaxt Baltik liderlərindən biri mənim xəbərdarlığımı təşvişçi və uydurma adlandırmışdı. Düşünürəm ki, onlar indi başqa cür düşünürlər. Yaxın il ərzində Rusiya bir və ya bir neçə ölkəyə birdən hücum edəcək. Bütün hazırlıq işləri, məsələn, yanğın, təxribat, dronlar artıq aparılıb”, – deyə Saakaşvili vurğulayıb.

Saakaşvili əmindir ki, Ukraynanın mövqeyini nəzərə alan sülh yolu ilə nizamlanmaya nail ola biləcək şəxs ABŞ prezidenti Donald Trampdır.
“Mən onu 1994-cü ildən, Nyu-Yorkda gənc hüquqşünas olduğum vaxtdan tanıyıram. Siyasətçilərin 99%-dən fərqli olaraq, Tramp riskə getməyə hazırdır. Cəsarət və risk olmadan problemləri həll etmək mümkün deyil. Mən həmişə deyirdim ki, Trampla Putin arasındakı gizli əlaqə blefdir. Birinci səlahiyyət müddətindən xeyli əvvəl Tramp mənim yanımda Rusiya barədə çox şübhə ilə bəhs etmişdi. Sadəcə, onun böyük oyunçular arasında olmaqdan xoşu gəlir, amma eyni zamanda, birinci olmaq istəyir”, – deyə keçmiş prezident xatırladıb.

Xatirə SADİQ

Seçilən
21
nocomment.az

1Mənbələr