BAKI, 12 noyabr. TELEQRAF
“Bizim üçün çox vacib oyundur".
Teleqraf xəbər verir ki, bu sözləri İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, pley-off şanslarını qorumaq üçün sabahki görüşdə uğurlu nəticə qazanmaq istəyirlər:
"Pley-off şanslarını qorumaq üçün bu görüşü gözləyirik. Son oyunumuz Ukrayna ilədir. Azərbaycanla matçı səbirsizliklə gözləyirik. İki gündür Bakıdayıq, Bakı çox gözəl şəhərdir".
Qeyd edək ki, Azərbaycan – İslandiya matçı sabah “8-ci km” stadionunda saat 21:00-da start götürəcək.