AZ

Keçmiş nazir müşavirinə yeni vəzifə verildi

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Hüquq Departamentinə yeni rəhbər təyin edilib. 

HİT.az xəbər verir ki, bu barədə AQC sədri Vüqar Oruc müvafiq əmr imzalayıb. Departamentin rəhbəri vəzifəsinə Fuad Xəzani oğlu Məmmədov gətirilib.

Fuad Məmmədov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, təhsilini Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq ixtisası üzrə tamamlayıb və müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışıb. Fuad Məmmədov, müxtəlif illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və Mədəniyyət Nazirliyində(nazirin müşaviri) yüksək vəzifələrdə çalışıb. Son olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin yanında Dövlət Xidmətində Hüquq, İnsan Resursları və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsini daşıyıb.

Qeyd edək ki, AQC-nin Hüquq Departamenti qiymətləndiricilərin və vətəndaşların hüquqlarının qorunmasına, hüquqi məsələlərdə düzgün qərarların qəbul edilməsinə və müvafiq qanunvericiliyə uyğun fəaliyyət göstərilməsinə cavabdehdir. Departamentin əsas vəzifələri arasında qiymətləndiricilərin peşəkar fəaliyyətində qarşılaşdıqları hüquqi problemlərin həlli, müraciətlərin araşdırılması, hüquqi yardımın göstərilməsi və bu sahədə hüquqi maarifləndirmənin aparılması yer alır. Departamentin məqsədi qiymətləndirmə sahəsində hüquqi mühiti daha şəffaf və hüquq qaydalarına uyğun hala gətirməkdir.


 

Seçilən
8
10
hit.az

10Mənbələr