AZ

Paşinyan: Rəsmən bəyan edirəm ki, Ermənistan Rusiyadan taxıl almaqdan heç vaxt imtina etməyəcək - YENİLƏNİB

Ermənistan Rusiyadan taxıl almaqdan heç vaxt imtina etməyəcək.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə bildirib.

“Mən rəsmən bəyan edirəm ki, Ermənistan bundan heç vaxt imtina etməyəcək”, - Paşinyan qeyd edib.

***

12:38

Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Ermənistanın siyasi səbəblərdən Rusiya taxılından imtina edərək Aİ tərəfindən maliyyələşdirilən daha bahalı Ukrayna taxılına üstünlük vermək istədiyinə dair məlumat yayıb.

Seçilən
15
4
apa.az

5Mənbələr