AZ

Şəhid atasından təsirli sözlər: “Bir il əvvəl evlənmişdi”

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan hava pilotu leytenantı Cüneyt Kandemirin atasının sözləri hər kəsi kövrəldib.

Ölkə.az xəbər verir ki, onun şəhid xəbəri Ankaranın Yenimahallə rayonundakı ailəsinə çatdırılıb.

Şəhid pilotun həyat yoldaşı Defne Kandemirlə bir il əvvəl evləndiyi, cütlüyün Kayseridə yaşadığı bildirilib.

Göz yaşları içində danışan atası Adil Kandemir “Pilot oğlum Cüneyt Kandemir və digər 20 şəhidimizə Allahdan rəhmət diləyirəm. Hamısının məkanı cənnət olsun. Evladımız Vətən üçün şəhid oldu. Keçən il evlənmişdi. Qısa zamanda bütün arzularını həyata keçirdi. Bu il Yaponiyaya getmişdi, gəldi. Dünyanı gəzəcəkdi, amma qismət olmadı. İnşallah digər əsgərlərimizə nəsib olar. Biz Vətən üçün varıq, oğlum da Vətən üçün şəhid oldu” deyə bildirib.

Qeyd edək ki, Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçi şəhid olub.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
olke.az

2Mənbələr