AZ

Kasıblar haqqında dediyi sözlərə görə linç edildi - VİDEO

Türkiyəli sosial media fenomeni Yasemin Arı paylaşdığı video ilə gündəm olub. 

Musavat.com xəbər verir ki, Yasemin Arı videosunda bahalı ətirlərin ekvivalentini istehsal edən ətir istehsalçılarını tənqid etdikdən sonra sosial mediada sərt reaksiya ilə qarşılaşıb.

"Kasıblarla eyni qoxuları hiss etmək istəmirəm",-deyən Yasemin Arı sərt tənqidlərə tuş gəlib.

"Biz bunlara 25-30 min TL ödəyirik, çünki kasıblarla eyni qoxu hiss etmək istəmirik. Niyə ekvivalentləri üçün pul ödəyirsiniz? Bunlardan istifadə etməyimizin səbəbi kasıblarla eyni qoxunu hiss etməməkdir. Biznes klassda uçmağımızın səbəbi kasıbların yanında oturmamaqdır. 5-6 min TL-yə ətirlər var, ona görə də onları alın. Niyə ekvivalenti olduğu üçün aşağı təbəqədən olan birinin qoxusunu hiss etməliyəm?",-deyə Yasemin Arı bildirib.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr