AZ

ASCO gəmiləri ilə maye və quru yük daşımaları 17 % artıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tanker və universal quru yük gəmiləri ilə bu ilin yanvar–oktyabr aylarında ümumilikdə 4 milyon 838 min 499 ton yük daşınıb.

"İki sahil" ASCO-ya istinadən xəbər verir ki, daşımaların 3 milyon 714 min 677 tonu tanker gəmiləri, 1 milyon 123 min 822 tonu isə universal quru yük gəmiləri ilə həyata keçirilib.

Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 3 milyon 410 min 939 ton və 724 min 627 ton təşkil etmişdi. Beləliklə, maye yük daşımalarında 8,9 %, quru yük daşımalarında isə 55,1 % artım qeydə alınıb.

Ümumilikdə, ASCO-nun maye və quru yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 17 % artıb.

Seçilən
8
7
ikisahil.az

8Mənbələr