
Xəbər verdiyimiz kimi, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeniavaz.comxəbər verir ki, Orxan Mürsəlov 1986-cı il iyulun 26-da Rusiya Federasiyasının Bryansk şəhərində anadan olub.
1993–2004-cü illərdə Bakı şəhərindəki 95 saylı orta məktəbdə təhsil alıb.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirib.
2008–2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub.
2010–2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (MBA) biznesin idarə edilməsi – marketinq ixtisası üzrə magistr dərəcəsi alıb.
2010–2022-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi və Ərazi-təşkilat məsələləri şöbələrində müxtəlif məsul vəzifələrdə çalışıb.
Azərbaycan Prezidentinin 2022-ci il 11 avqust tarixli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.