ain.az, Azvision portalına istinadən məlumat verir.
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov yerli mətbuata müsahibəsində söyləyib. O, Ermənistanın guya Rusiyadan taxıl ixracını dayandırıb, əvəzində Ukrayna taxılı alacağı barədə xəbərə münasibət bildirib. Diqqətə çatdırıb ki, rəsmi Moskva, bu cür xəbərlərə baxmayaraq, həm qarşılıqlı surətdə, həm də inteqrasiya prosesləri çərçivəsində İrəvanla əməkdaşlığın inkişafına maraqlıdır. "Hazırda Rusiya və Ermənistan ən ali səviyyələrdə mütəmadi təmasdadır. Eyni zamanda, ikitərəfli əməkdaşlığa dair məsələlərdə bir çox sual da meydana gəlir", - mətbuat katibi deyib.

Paşinyan: "Rusiya taxılından imtina niyyətimiz yoxdur"
Xatırladaq ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin məlumatına əsasən, İrəvan guya "siyasi səbəblərə görə" Rusiyadan taxıl ixracını dayandırmaq, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bahalı Ukrayna taxılını almaq istəyir. Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə müsahibə verərkən bu xəbəri qətiyyətlə yalanlayıb. Məlumat üçün diqqətə çatdıraq ki, hazırda Ermənistan öz taxıl ehtiyacının 90%-ni Rusiyadan alır. Ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Noyabrın 5-də isə Rusiyadan yollanan taxıl yüklü qatar Azərbaycan və Gürcüstanın ərazilərindən keçməklə Ermənistana çatıb. Bu, 35 ildən bəri Rusiyadan Ermənistana göndərilmiş ilk yük qatarıdır. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar ayının sonunadək Ermənistana bu şəkildə 132 vaqon taxıl çatdırılacaq. Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.