“Mançester Yunayted” “Nottingem Forest”in 22 yaşlı oyunçusu Elliot Andersonla maraqlanır.
Msport.az xəbər verir ki, “Nottingem” yarımmüdafiəçini 100-120 milyon funt sterlinqə satmaqda israrlıdır.
Daha əvvəl “Caught Offside” onlayn portalı “Nottingem Forest”in ingilis futbolçunu 70 milyon funt sterlinqə (79,8 milyon avro) qiymətləndirdiyini bildirmişdi. Bu mövsüm Anderson bütün yarışlarda 14 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, futbolçunun bazar dəyəri 45 milyon avrodur.