AZ

Quardiola “Mançester Siti”dən AYRILACAQ?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cari mövsümün sonunda klubdan ayrılmaq variantını nəzərdən keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times”a nəşri yazıb.

Məlumata görə, ispaniyalı məşqçinin klubdakı gələcəyi ilə bağlı hazırda qəti qərar yoxdur.

Qvardiola və onun heyətinin “Mançester Siti”yə varis tapmaqda kömək etməyə hazır olduğu vurğulanır. Lakin bu məsələ ilə bağlı son qərarı klub verəcək.
 

Qeyd edək ki, 54 yaşlı mütəxəssis 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.


Qvardiolanın rəhbərliyi altında klub altı dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

Bizim.Media

Seçilən
3
2
bizim.media

3Mənbələr