AZ

Milli Kitabxanada Konstitusiya Günü münasibətilə adlı sərgi açılıb

Bakı, 12 noyabr, AZƏRTAC

Milli Kitabxanada “12 Noyabr - Konstitusiya Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə əlamətdar gün haqqında rəsmi sənədlər, fotolar, mövzu ilə bağlı dövri mətbuat məqalələri, Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.

Ənənəvi sərgidə isə, konstitusiya hüququ və tarixi, müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, dövlət başçımızın müdrik və uzaqgörən siyasəti, “Konstitusiya və Suverenlik İli” haqqında və digər mövzu ilə bağlı Azərbaycan və xarici dillərdə ədəbiyyatlar yer alıb.

Seçilən
26
2
azertag.az

3Mənbələr