AZ

Qəzaya uğrayan təyyarənin qalıqları ilə bağlı araşdırmalara başlanıldı

Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqları üzərində araşdırmalara başlanılıb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 06:30-da axtarış-xilasetmə və qəza araşdırma qrupu Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə araşdırmalara başlayıb.

Xatırladaq ki, ötən gün Gürcüstanda Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 20 hərbçi həlak olub.

Seçilən
3
2
avtosfer.az

3Mənbələr