Abşeron rayonunda 45 yaşlı kişinin üzərinə yük avtomobilinə yüklədiyi mərmər daşı düşüb.
APA-nın məlumatına görə, hadisə ötən gün Xırdalan şəhərində baş verib.
Sumqayıt şəhər sakini 1980-ci il təvəllüdlü Ziyad Həsənov idarə etdiyi “Ford” markalı yük avtomobilinə mərmər daşı yükləyən zaman daş üzərinə düşüb.
Xəsarətlə xəstəxanaya yerləşdirilən Z.Həsənov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.