AZ

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan yığması 29 medal qazanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 58 ölkənin iştirak etdiyi VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması yeddinci pillədə qərarlaşıb.
 
Moderator.az xəbər verir ki, yığmamız indiyə kimi 29 medal (4 qızıl, 9 gümüş, 16 bürünc) qazanıb.
 
VI İslam Həmrəyliyi Oyunlarında birinci yeri 68 medalla (43 qızıl, 24 gümüş, 11 bürünc) Türkiyə yığması tutur. İkinci yerdə 27 medalla Misir (10 qızıl, 6 gümüş, 11 bürünc), üçüncü yerdə isə Özbəkistan (9 qızıl, 16 gümüş, 9 bürünc) milliləri qərarlaşıblar.
 
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Seçilən
4
2
moderator.az

3Mənbələr