AZ

Türkiyə PA: Təyyarə qəzasının səbəbləri diqqətlə araşdırılır

Hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbləri həssaslıqla araşdırılır.

Bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran "X"də yazıb.

"Gürcüstanda hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində hərbçilərimizin şəhid olması millətimizi kədərləndirib. Axtarış-xilasetmə qrupları təyyarəmizin qalıqlarını tapıb", - o bildirib.

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
2
olaylar.az

8Mənbələr