AZ

Xosep Qvardiola: “Görüləcək o qədər iş var ki…” - ARENA.AZ

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola məşqçiliyini başa vurduqdan sonra məşğul olmaq niyyətində olduğu işlərdən söhbət açıb.

Arena.az 54 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mətbəxdə biş-düş etməyə başlamaq istəyindəyəm. Restoranlarım-filan olmayacaq… Fransız dilini öyrənmək istəyirəm, bəli-bəli… Uşaqlarımla daha çox vaxt keçirmək istəyirəm, çünki hazırda kifayət qədər vaxt ayıra bilmirəm. Ailəmlə daha çox vaxt keçirmək fikrim var, bacılarım və qardaşlarımla, onlarla nadir hallarda görüşürəm. Həmçinin səyahət etmək. Çox şey istəyirəm, etmədiklərimi mütləq edəcəyəm! Minlərlə, milyonlarla yerlər ki, ziyarət etməmişəm, amma bu istəkdəyəm: sərgilər, konsertlər və ya sadəcə olaraq evdə işsiz-gücsüz oturmaq – bu, həqiqətən əladır. Bəlkə elə, bundan başlayaq, pis deyil, eləmi? Görüləcək o qədər iş var ki…”, deyə “Pep” vurğulayıb.

Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. İspan mütəxəssisin İngiltərə klbubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 550 oyun keçiriblər, 395 qələbə qazanıblar, 69 heç-heçə ediblər, 86 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1371:515 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
10
24
arena.az

10Mənbələr