AZ

Qəzaya uğrayan təyyarə haqda yeni detallar: Gəncəyə bu gün gəlib və…

Gürcüstanda qəzaya uğramış C-130 tipli hərbi təyyarəsi Gəncəyə bu gün gəlibmiş.

Globalinfo.az xəbər verir ki, bu barədə “A haber” məlumat yayıb.

Bildirilib ki, təyyarə bu gün Türkiyə vaxtı ilə səhər saat 09:50-də Trabzondan havaya qalxıb və 11:06-da Gəncəyə enib.

Təyyarə saat 13:20-də Türkiyəyə geri dönüş reysi üçün yenidən Gəncədən havaya qalxıb, lakin 27 dəqiqə sonra əlaqə kəsilib və radardan itib.

Gürcüstan KİV-də yer alan ehtimallara görə, ekipaj nasazlıqla bağlı Gürcüstan rəsmilərini məlumatlandırmağa cəhd edib, lakin naviqasiya GPS sistemində ciddi problemlər yarandığı üçün bunu edə bilməyib.

Seçilən
14
11
editor.az

10Mənbələr