AZ

Pakistanın Baş naziri Türkiyə Prezidentinə başsağlığı verdi

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

"Yeni Sabah" xəbər verir ki, o, bu barədə "X"də yazıb.

"Gürcüstanda Türkiyəyə məxsus C-130 təyyarəsinin faciəvi qəzası ilə bağlı kədərləndik. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana, təyyarədə olanların ailələrinə, türk qardaş və bacılarımıza dərin hüznlə başsağlığı veririk. Bu kədər anında düşüncələrimiz və dualarımız onlarla birlikdədir", - paylaşımda bildirilib./Report

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
12
yenisabah.az

10Mənbələr