Səhər saatlarında bir nəfər vətəndaş paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən metal qüllənin üzərinə çıxıb.
“Azreform.info ” xəbər verir ki, bu haqda vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qülləyə çıxan 2007-ci il təvəllüdlü B.T adlı şəxs olub.
Xilasedicilər onunla ünsiyyət qurub və davamlı psixoloji söhbət aparılmaqla zəruri təhlükəsizlik tədbirləri görülüb.
Nəticədə gənc oğlan xilas edilərək aidiyyəti üzrə təhvil verilib.