AZ

Azərbaycanda dördgünlük tətil başlayıb

Bu gündən Azərbaycanda dördgünlük tətil başlayıb

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq. Bu il 8 noyabr Zəfər Günü şənbə, 9 noyabr Dövlət Bayrağı Günü bazar gününə təsadüf edir.

 

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

 

Beləliklə, 8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.

Seçilən
6
33
hit.az

10Mənbələr