Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlanıb.
İdman.Biz bildirir xəbər verir ki, Əl-Cənadriyahda keçirilən tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Açılış mərasimində öncəki oyunlardan, o cümlədən, Bakıdakı IV İslamiadadan kadrlar göstərilib.
Mərasimdəki paradda Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.
Qeyd edək ki, Azərbaycanı yarışda 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də baş tutacaq.