Bu ilin sonunadək "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində 36 qatar tərkibli 180 vaqon xəttə buraxılacaq.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu gün "Nərimanov" elektrik deposunda 3 yeni qatar xəttə buraxılmaq üçün hazır olacaq.