AZ

Heç-heçəyə görə "Qarabağ" futbolçularına bu qədər bu pul veriləcək

"Qarabağ" rəhbərliyi Çempionlar Liqasının 4-cü turunda "Çelsi" ilə 2:2 hesablı heç-heçə edən komandanı mükafatlandırıb.

Sitat.info Publika.az-a istinadən xəbər verir ki, əvvəlcədən futbolçulara yüksək ödəniş vəd edən Ağdam klubunun rəhbərliyi sözünü artıqlaması ilə tutub.

Qələbə halında futbolçulara 120 min manat, heç-heçə olacağıq təqdirdə 65-70 min manat civarında mükafat vəd edən rəhbərlik ötən gecə sərgilənən oyundan olduqca razı qalıb. London klubu ilə heç-beçə qələbəyə bərabər tutulub. Futbotçuların döyüşkənliyi, qələbə üçün mübarizə aparmaları və bu oyunun dünyada böyük marağa səbəb olması "Qarabağ"ın bosslarını razı salıb.

Nəticədə heç-heçə üçün nəzərdə tutulan mükafat artırılıb. Azərbaycan çempionunun üzvləri "Çelsi" ilə oyuna görə 80-90 min manat arası mükafat alacaqlar.

Qeyd edək ki, cari mövsümdə ÇL-də 2 qələbə qazanan Ağdam təmsilçisi "Benfika" zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib. "Kopenhagen" qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb.

Seçilən
2
23
sitat.info

10Mənbələr