AZ

Sabah hava necə olacaq?

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, günərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində leysanxarakterli olacağı gözlənilir.

Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.

Bildirilib ki, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13, gündüz 15-17 dərəcə isti olacaq.Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununaenəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşəkçaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam qərb rayonlarındayağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 17-21, dağlarda gecə 0-5,gündüz 5-10 dərəcə isti olacaq.

Seçilən
32
49
az.trend.az

10Mənbələr