Noyabrın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Bu barədə Newscenter.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
Mehman Mehdiyev