AZ

əş-Şaraa Vaşinqtona səfər edəcək

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Suriya Prezidenti Əhməd əş-Şaraa 10 noyabr tarixində Vaşinqtona səfər edəcək və Ağ Evə rəsmi ziyarət həyata keçirən ilk Suriya dövlət başçısı olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Bəhreynin paytaxtı Manamada “Axios” nəşrinə verdiyi müsahibədə bildirib.

Barak bildirib ki, əş-Şaraanın ABŞ Prezidenti Donald Tramp ilə planlaşdırılan görüşündə və səfər çərçivəsində tərəflərin təhlükəsizlik və regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

Diplomat həmçinin qeyd edib ki, əş-Şaraa administrasiyası ilə İŞİD-ə qarşı beynəlxalq koalisiyaya Suriya tərəfinin qoşulmasına dair birgə anlaşma sənədinin imzalanması üzərində iş aparılır.

Barakın sözlərinə görə, əş-Şaraa Vaşinqton səfəri zamanı Suriya və İsrail arasında aparılan danışıqların beşinci raundu da keçiriləcək. ABŞ administrasiyası ilin sonunadək iki ölkə arasında təhlükəsizlik anlaşmasının formalaşdırılmasına nail olmağı hədəfləyir.

Seçilən
35
turkic.world

1Mənbələr