AZ

Mbappenin qaçırdığı penalti faciə ilə nəticələndi

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

İspaniya La Liqasının “Barselona” ilə oyununda Kilian Mbappenin penaltini dəqiq yerinə yetirə bilməməsi faciə ilə nəticələnib.

“Qafqazinfo”nun məlumatına görə, qarşılaşmanın 52-ci dəqiqəsində fransalı hücumçu real qol fürsətini dəyərləndirə bilmədikdən sonra tribunada olan israilli “Real Madrid” azarkeşi qəfil özünü pis hiss edib və huşunu itirib.

Yaxınlıqdakı azarkeşlər və “Real Madrid”in qapıçısı Tibo Kurtua dərhal hakimə oyunu dayandırmaq üçün işarə versələr də, matç davam etdirilib.

Stadionun tibb heyəti azarkeşə yerindəcə ilkin tibbi yardım göstərib. Daha sonra o, təcili şəkildə xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə oktyabrın 26-da Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutan və “Real Madrid”in 2:1 hesablı qələbəsi ilə nəticələnən matç zamanı qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
qafqazinfo.az

2Mənbələr