AZ

Nsana Simon “Sumqayıt”da! - Rəsmi - ARENA.AZ

Futbol üzrə Konqo milli komandasının mərkəz yarımmüdafiəçisi Nsana Simon bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, “Sumqayıt” 2025/2026-cı illər mövsümü üçün daha bir futbolçunu heyətinə qatıb. Son olaraq Türkiyənin “Sakaryaspor” klubunda çıxış etmiş konqolu futbolçu Nsana Simonla 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Fransanın “Lans” komandasının yetirməsi olan Nsana Simon karyerası boyunca adıçəkilən klubla yanaşı İsveçrənin “Sankt Qallen”, Sloveniyanın “Bravo” və Türkiyənin “Sakaryaspor” klublarında çıxış edib. O, 2023-cü ildən formasını geyindiyi Türkiyə klubunun heyətində 49 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib. Nsana bu ilin yayında Sakarya təmsilçisindən ayrılandan bəri işsiz idi.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
19
35
arena.az

10Mənbələr