AZ

Ermənistanda pasportlara daha Ağrı dağının təsviri olan möhür vurulmur

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 1-dən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri pasportlara Ağrıdağ dağ silsiləsinin təsviri olmayan çıxış və giriş möhürləri vurmağa başlayıb.

Bakupost.az Report-a istinadla xəbər verir ki, bununla bağlı Ermənistan mətbuatında video və fotolar dərc olunub.

Möhürlərin üzərində təyyarə təsviri və ingilis dilində "Zvartnots" yazısı, İrəvan Beynəlxalq Hava Limanının adı, eləcə də həm erməni, həm də ingilis dilində "Armenia" yazılıb.

Xatırladaq ki, müvafiq qərar Ermənistan Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib. Ağrıdağ dağı Türkiyənin şərqində, Van gölünün şimalında yerləşir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
www.bakupost.az

2Mənbələr