AĞDAŞ, 1 noyabr. TELEQRAF
Ağdaşda 54 yaşlı kişi yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Bulaqotàğı kəndində baş verib.
1972-ci il təvəllüdlü kənd sakini Natiq İsmayılov yaşadığı evdə ölmüş vəziyyətdə aşkarlanıb.
Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.