AZ

"Apple" şirkəti yeni Süni İntellektin təqdimatının yubanmasına aydınlıq gətirib

"Apple" şirkətinin rəhbəri Tim Kuk şirkətin vəd etdiyi güclü süni intellekti (Sİ) niyə bu vaxta qədər təqdim etmədiyinə aydınlıq gətirib.

Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İnvestorlar üçün hazırlanmış hesabatda Kuk bildirib ki, korporasiya hələ də süni intellekt funksiyalarını və alətlərini işləyib təkmilləşdirməklə məşğuldur. O cümlədən sahibkar Siri səsli köməkçisinin yeni versiyasının təqdim ediləcəyini vəd edib. O, ağıllı səs köməkçisinin buraxılış müddətinin uzanmasını "asan tapşırıq olmaması" ilə izah edib.

O vurğulayıb ki, IT nəhəngi süni intellektə əsaslanan yeni Siri versiyasını 2026-cı ildə təqdim etməyi planlaşdırır, lakin dəqiq tarix açıqlamayıb.

Yeni "Siri" "iPhone", "Mac", "iPad" və digər cihazlarda istifadəçilərə təqdim ediləcək. "Apple" əvvəlcə səsli köməkçinin təkmilləşdirilmi versiyasını 2024-cü ildə təqdim etməyi planlaşdırırdı, lakin müəyyən olunmuş müddətə çata bilməyib.

Seçilən
8
1
day.az

2Mənbələr