AZ

Zaqatalada bir həftə əvvəl döyülən kişi xəstəxanada ölüb, iki nəfər tutulub

Zaqatalada bir həftə əvvəl tanışları tərəfindən döyülən 41 yaşlı kişi xəstəxanada ölüb...

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində müalicə alan 41 yaşlı Zaqatala şəhər sakini İsgəndər Yusif oğlu Musayev axşam saatlarında dünyasını dəyişib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 34 yaşlı Hafiz Hacıyev saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, H.Hacıyev artıq istintaqa təhvil verilib.

Qeyd edək ki, əməli törədən şəxslərdən digəri Rasim Abbasov da bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılmışdı.

Seçilən
16
9
poliqon.info

10Mənbələr