AZ

Azərbaycan banklarında əhalinin əmanətləri 11,5 % artıb

Bu ilin oktyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 700,9 milyon manat təşkil edib.

Aznews.azAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,6 %, ilin əvvəlinə nisbətən 3,6 %, ötən ilin oktyabrın 1-i ilə müqayisədə isə 8,8 % çoxdur.

Bunun 53,3 %-i, yaxud 22 milyard 213,5 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 3,4 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 11,5 % artaraq 15 milyard 794,8 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 37 % artaraq 3 milyard 692,6 milyon manata çatıb.

Seçilən
7
2
aznews.az

3Mənbələr