ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan İsveçrəyə 247,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
525.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayına istinadən xəbər verir.
Məlumata görə, bu rəqəm 128,2 milyon ABŞ dolları və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Təkcə sentyabr ayında Azərbaycandan adı çəkilən ölkəyə 27,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 8,7 milyon ABŞ dolları və ya 45,8% çoxdur.
Qeyd olunur ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.