AZ

Azər Həşimov: “Oyundan razı, nəticədən narazıyıq”

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Oyundan razı, nəticədən narazıyıq. Güman edirik ki, daha dinamik komanda olacağıq”.

İdman.Biz xəbər verir ki, bu sözləri "Karvan-Yevlax" - "Zirə" oyunundan (2:3) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məşqçi meydana çıxıb müdafiə oluna bilməz:

"İlk hissəni öndə bitirdik. 1:1-dən sonra əks-hücumdan qol vurduq və yenidən önə çıxdıq. Beşinci oyundur ki, standart vəziyyətlərdən qol buraxırıq. Bu, bəhanə deyil. Bu gün də iki qolu da standart vəziyyətdən buraxdıq. Standart vəziyyətlərlə bağlı çalışırıq. İnşallah, gələcəkdə daha məsuliyyətli olarıq. Burda bunu demək istəməzdim, amma "İdman" TV-də bir proqramda jurnalist deyir ki, Azər Həşimov jurnalistlərin kölgəsində qalır. Belə deyil. Araz Abdullayevi meydana buraxmaq istəyirdik, amma köməkçi məşqçi dedi ki, artıq 5 əvəzetmə etmişik. Bu, səhv qələmə verildi. Yeni yaranmış komandayıq, meydança ilə bağlı problemlərimiz var idi. Şükürlər olsun, indi öz meydançamızda hazırlaşırıq. Bunun nəticəsidir ki, son iki oyunda yaxşı çıxış edirik".

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
icma.az

4Mənbələr