ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko “Oreşnik” raket sisteminin dekabrda döyüşə hazır vəziyyətə gətirilməsi planlarını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, o, bu raket sistemini dəhşətli adlandırıb.
Lukaşenko “Oreşnik” raket sistemi ilə bağlı qərarın xarici düşmənlərə mesaj olduğunu bildirib:
“İstəyirəm ki, onlar vəziyyət çətinləşdikdə bizim bu silahdan istifadə edəcəyimizi başa düşsünlər. Rusiya Prezidenti Vladimir Putinlə qərar verəcəyik və ondan istifadə edəcəyik. Minskdə bir zamanlar sülh sazişləri imzalanırdı. Lakin opponentlər fırıldağa əl atmağa başladılar. Məlum oldu ki, onlar Rusiyanı və bizi aldatmaq üçün Minskə gəlirlərmiş”.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.