Ermənistan hökuməti Azərbaycandan təbii qaz almağı planlaşdırır.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
Ekspertin fikrincə, bu, Ermənistanın Rusiya qazından imtinası fonunda baş verəcək:
“Avronest"in İrəvanda keçirilən son plenar iclasında Avropa Parlamentinin bir üzvü Ermənistanı Rusiya qazı və işığından imtina etməyə çağırmışdı”.
Matevosyan hesab edir ki, avropalı parlamentari əslində Ermənistanın hakim partiyası Mülki Müqavilənin mövqeyin ifadə edib.