AZ

"Rus qazından imtina edib Bakıdan alacağıq" -

“Ermənistan hökuməti Azərbaycandan təbii qaz almağı planlaşdırır”.Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib. Ekspertin fikrincə, bu, Ermənistanın Rusiya qazından imtinası fonunda baş verəcək: “Avronestin İrəvanda keçirilən son plenar iclasında Avropa Parlamentinin bir üzvü Ermənistanı Rusiya qazı və işığından imtina etməyə çağırmışdı”.Matevosyan hesab edir ki, avropalı parlamentari əslində Ermənistanın hakim partiyası “Vətəndaş Müqaviləsi”nin mövqeyin ifadə edib.

Politoloq partiyanın deputatı Qaqik Melkonyandan sitat da gətirib: “Azərbaycan qazı zəhərlidirmi ki, onu almayaq? Bir gün Rusiya qazından imtina etmək lazımdır ki, müstəqil yaşaya bilək”.

Seçilən
21
5
metbuat.az

6Mənbələr