AZ

Məlik Dadaşov Zauru imtahandan kəsib

Mərhum Xalq artisti Məlik Dadaşov illər əvvəl aparıcı Zaur Kamalı imtahandan kəsib.

BAKU.WS xəbər verir ki, bu barədə o "Həmin Zaur" verilişində aparıcı Zaur özü bildirib.

"Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə ardıcıl 3 dəfə imtahan vermişəm və sonuncu cəhdimdə qəbul olmuşam. İkinci ildə Məlik Dadaşov mənə iki yazdı. Çox ciddi adam idi".

Xatırladaq ki, həmin vaxtlar Məlik Dadaşov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

Seçilən
4
7
far.az

8Mənbələr