AZ

Fərid Qayıbov: Türkiyə ilə 4 mübadilə proqramımız gerçəkləşir

Bakıda keçirilən "Avrasiya Gənc İş Adamları Forumu-EYBF 2025"də gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Nazir Modern.az-ın Azərbaycanla Türkiyə arasında yeni anlaşmaların imzalanıb-imzanmayacağı ilə bağlı sualına cavab verib.

F.Qayıbov bildirib ki, hazırda Azərbaycan və Türkiyə Gənclər və İdman nazirlikləri arasında anlaşma mövcuddur.

“İldə 4 dəfə gənclərlə bağlı mübadilə proqramlarımız olur. Bizim gənclərimiz Türkiyəyə gedir, Türkiyədən gənclər də bizim ölkəmizə gəlirlər. Anlaşma çərçivəsində proses davam edir”,- nazir qeyd edib.

Seçilən
30
1
modern.az

2Mənbələr