Bakı 1 noyabr, Leyla Muradzadə, AZƏRTAC
Da Vinci, Mikelancelo, Karavacco, Tisian və Cotto - bu kimi dahi sənətkarların əsərlərindən ilhamlanan, lakin işlərində daha çox torpağın meyvələrindən istifadə edən tanınmış italiyalı rəssam və heykəltaraş Cüzeppe Karta AZƏRTAC-a müsahibəsində həyatının çox hissəsini natürmortlar çəkdiyini deyib. Yaratdığı rəsmlər heykəltaraş üçün ilham mənbəyi olub.
Cüzeppe Karta gənc heykəltarşlara səhv etməkdən qorxmamalırını, çətinliklərin bir çox məsələləri öyrənməkdə kömək olduğunu deyib: “İnsan öz yolunu davam etməlidir. Problemləri düşünmədən istədiyinizə çatmaq əzminə sahib olmaq lazımdır. Səhvlər və məğlubiyyətlər insanı hədəfə aparır”.