AZ

Matevosyan: Rus qazından imtina edib Bakıdan alacağıq

BAKI, 1 noyabr. TELEQRAF

“Ermənistan hökuməti Azərbaycandan təbii qaz almağı planlaşdırır”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

Ekspertin fikrincə, bu, Ermənistanın Rusiya qazından imtinası fonunda baş verəcək: “Avronestin İrəvanda keçirilən son plenar iclasında Avropa Parlamentinin bir üzvü Ermənistanı Rusiya qazı və işığından imtina etməyə çağırıb”.

Matevosyan hesab edir ki, avropalı parlamentari əslində Ermənistanın hakim partiyası “Vətəndaş Müqaviləsi”nin mövqeyin ifadə edib.

Politoloq partiyanın deputatı Qaqik Melkonyandan sitat da gətirib: “Azərbaycan qazı zəhərlidirmi ki, onu almayaq? Bir gün Rusiya qazından imtina etmək lazımdır ki, müstəqil yaşaya bilək”.

Matevosyan iddia edib ki, bununla Rusiya asılılığından qurtulan Ermənistan bu dəfə Azərbaycandan asılı vəziyyətə düşəcək.

Seçilən
66
5
teleqraf.com

6Mənbələr