AZ

“Barselona” qorxu içində: Onun zədəsi xronikidir?

“Barselona” 18 yaşlı hücumçu Lamin Yamalın bu mövsüm aldığı qasıq zədəsinin xroniki hala keçə biləcəyindən narahatdır.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Barselona”nın sabiq futbolçusu Lionel Messi daha kiçik yaşlarında oxşar zədə alıb, lakin o, bundan sağalıb.

Bundan əvvəl KİV-lər diskomfortun davam edəcəyi təqdirdə Yamalın əməliyyat olunmasının mümkünlüyünün istisna edilmədiyini yazmışdılar.

Seçilən
16
36
publika.az

10Mənbələr