Tribuna portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Müğənni Qumral açıqlaması ilə diqqət çəkib.
Tribunainfo.az xəbər verir ki, ailəsi ilə bağlı danışan sənətçi maraqlı etiraf edib.
“Ayın 22-si evliliyimizin 19 ili tamam oldu. Mən ağılsız qız olsaydım, ailəm qalmazdı. İndikilər bir az çətinlik görən kimi ailəni dağıdırlar. Dağıtmaq asan, qurmaq çətindir. O qədər gözəl xatirələr var. Ailəmizi hal-hazırda ikimiz də qoruyuruq, ancaq zamanında anamızın çox dəstəyi olub. Gənc vaxtı mənasız yerə çox söz-söhbətlər olurdu. Adi şeylər böyüyürdü. Ayrılmaq istədiyim məqamlar olurdu. İndi bir-birimizə güvənimiz daha çoxdur, hörmətimiz daha fərqlidir.
Qızımız 11-ci sinifdə oxuyur. Hazırda da ərim qısqanır. Səhnədəyəmsə, müəyyən şeylərə icazə verməlidir. Mən onun yanındayam. Əsas geyimlərdir, yaraşırsa, xoşlayıram hər şeyi geyinməyi”.
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.