Misli Premyer Liqasında 10-cu tur davam edir.
QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan 1-i artıq başlayıb.
“Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edir. 9 turdan sonra 5 xalı olan Yevlax klubu 9-cu pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 16 xalla üçüncüdür.
Digər qarşılaşmada “Neftçi” “Kəpəz”i sınağa çəkəcək. Hazırda “ağ-qaralar” 12 xalla turnir cədvəlində 8-ci yeri tutur. Çempionatda mövsümdə ilk dəfə ardıcıl ikinci qələbəsini qazanacağı halda “Neftçi” turnir cədvəlində iki pillə irəliləyəcək. “Kəpəz” isə 3 xalla sonuncudur.
Misli Premyer Liqası
10-cu tur
1 noyabr (şənbə)
14:00. “Karvan-Yevlax” - “Zirə” - 0:0 (Birinci hissə)
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Şamaxı şəhər stadionu
17:00. “Neftçi” - “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
“Palms Sports Arena”
2 noyabr (bazar)
16:00. “Turan Tovuz” - “Şamaxı”
18:30. “Sumqayıt” - “Araz-Naxçıvan”
3 noyabr (bazar ertəsi)
19:30. “Sabah” - “Qəbələ"
31 oktyabr (cümə)
“Qarabağ” - “İmişli” - 2:0

Bombardirlər:
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 5 qol
Toral Bayramov ("Qarabağ") - 3 qol
Martins Juniyor ("Zirə") - 3 qol
Aleks Souza (“Turan Tovuz”) - 3 qol
Aleksandr Ramalinqom (“Sumqayıt”) - 3 qol
Velko Simiç (“Sabah”) - 3 qol
Alexandro Serrano (“Turan Tovuz”) - 3 qol
Dioqo Almeydan (“İmişli”) - 3 qol
Abdullah Zubir ("Qarabağ") - 3 qol