AZ

İsrail ordusu Livanın cənubunda "Hizbullah" terrorçusunu zərərsizləşdirib

İsrail ordusu Livanın cənubunda Hizbullah hərəkatına aid "Rədvan" xüsusi təyinatlı bölmənin silahlı terrorçusunu zərərsizləşdirib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən Nəbati rayonunda "Hizbulla" qruplaşmasına aid "Rədvan" qüvvələrinin terrorçusunu zərərsizləşdirib. Həmin terrorçu İsrail dövlətinə qarşı çoxsaylı terror hücumlarının həyata keçirilməsində iştirak edib və "Hizbullah"ın terror infrastrukturu obyektlərinin bərbası ilə məşğul olub", - bəyanatda qeyd olunur.

İDF-in bildirdiyinə görə, həmin şəxs İsrail dövləti və onun mülki əhalisi üçün təhdid yaradıb, habelə, İsraillə Livan arasındakı atəşkəslə bağlı razılaşmalara qarşı fəaliyyət göstərib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
2
olaylar.az

3Mənbələr